Martın 19-da Xrubeşov şəhərində gənclər arasında Lüblin regionunun ağır atletika çempionatı keçirilib. 19 qadın və 33 kişi atletin qatıldığı yarışda “Terespol-Zirvə” nümayəndələri də mübarizə aparıblar. Təmsilçilərimiz iki qızıl medalla fərqləniblər.
Kasper Magelnitski çəki 62 kq-a qədər olan atletləin yarışında 210 kq (100+110) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mateuş Skulimovksi isə 94 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, 305 kq (135+170) nəticə ilə çempiona adını qazanıb. Mateuş həmşinin 359.2 Sinkleyr xalı ilə turnirin mütləq qalibi adına layiq görülüb.
Təbrik edirik!