“Zirve İnternational Sport Clubs”-ın dekabrda keçiriləcək Dünya Çempionatının 2-ci seçmə mərhələsi çərçivəsində yarışlar başa çatmaq üzrədir. Azərbaycandan kənarda ən son turnir bu gün Polşada keçiriləcək.
“Terespol-Zirvə” İdman Klubunun çempionatında yüzə yaxın atlet iştirak edəcək. Onlardan 20-si klubun öz üzvləri, qalanları isə qonaq qismində iştirak edəcək atletlərdir.