Polşanın Terespol şəhərində yaşı 15-ə qədər olan yeniyetmələrin Lübelski regionu üzrə mütləq birinciliyi keçirilib. Yarış “Terespol-Zirvə” klubunun zalından keçirilib.
Birincilikdə bir neçə klubu təmsil edən 10 qız və 23 oğlan iştirak edib. Onların içərisində “Terespol-Zirvə” klubunun da 4 nümayəndəsi olub. Yarış çəki dərəcələri üzrə keçirilsə də, mütləq qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.
Turnirdə klubumuzdan Aqneşka və Anna Xomyuk gümüş medalla fərqləniblər. Aqneşka Xomyuk toplam 95 kq (45+50) nəticə ilə 149.1 xal toplayaraq 53 kq çəki dərəcəsində ikinci yerə çıxıb. Anna Xomyuk da toplam 128 kq (58+70) nəticə ilə 168.5 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Anna həmçinin qızlar arasında mütləq birincilikdə də bu nəticə ilə ikinci olub.
Birinciliyin yarış protokolu ilə aşağıda tanış ola bilərsiniz: