“Zirvə” Beynəlxalq İdman Klubunun Terespol şəhərində yarış zalında beynəlxalq ağır atletika turniri keçirilib. 25 gənc atletin qoşulduğu çempionatda Sinkleyr cədvəli üzrə qızlar mütləq, oğlanlar isə 13, 17 və 20 yaşa qədər qruplarda qalibləri müəyyən ediblər. Polşadan “Terespol-Zirvə”, “Byala-Podlaska”, “Kobilani” və Belarusdan Brest şəhərinin “Sidor” klubunun atletlərinin iştirak etdiyi bu turnir çox maraqlı mübarizə şəraitində keçib. Gözlənildiyi kimi, “Zirvəçilər” daha yaxşı çıxış edərək 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Təbrik edirik!