Naxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Mayın 26-da yaşı 45-49 arası (M45 qrupu) olan kişilər son olaraq 85, 94 və 105 kq çəki dərəcələrində mübarizə aparıblar. “Lənkəran-Zirvə” atleti, təcrübəli mütəxəssis Teymur Əliquliyev 85 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
Atleti təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!
Bütün nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki |
Çəki dərəcəsi |
Doğulduğu tarix |
Yaş qrupu |
Birdən | Təkanla | Toplam | Sinkleyr xalı |
Manone-Meltzer | |
1. | Teymur Əliquliyev | AZE | 84.80 | 85 | 1968 | 45-49 | 90 | 121 | 211 | 252.45 | 315.05 |
2. | İv Neytsel | GER | 84.55 | 85 | 1970 | 45-49 | 93 | 117 | 210 | 251.62 | 306.47 |
1. | Aleksey Sevostyanov | RUS | 93.95 | 94 | 1971 | 45-49 | 127 | 150 | 277 | 316.08 | 380.25 |
2. | Keyyo Rattya | FİN | 92.25 | 94 | 1968 | 45-49 | 99 | 118 | 217 | 249.58 | 311.48 |
3. | Yuri Karpov | GER | 93.95 | 94 | 1968 | 45-49 | 98 | 115 | 213 | 243.05 | 303.33 |
4. | İdris Nəbiyev | AZE | 93.10 | 94 | 1967 | 45-49 | 90 | 115 | 205 | 234.84 | 296.60 |
1. | Bulut Sunay | TUR | 104.4 | 105 | 1967 | 45-49 | 110 | 136 | 246 | 269.39 | 340.24 |
2. | Yuha Aho | FİN | 103.3 | 105 | 1969 | 45-49 | 90 | 135 | 225 | 247.33 | 304.95 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions