“Tiflis-Zirvə”dən iki bürünc medal!

15338687_1207486772620320_2153655850195852044_nDekabrın 2-10-u tarixlərində İsrailin Eylat şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Turnirdə “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Yarışların son günündə onlardan biri Georgi Çxeidze yaşı 20-yə qədər olan kişilər arasında 105 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
“Tiflis-Zirvə” atleti birdən qalırma hərəkətində 169 kq-ı ram edib və bu hərəkətdə 4-cü yeri tutub.
Çxeidze təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 203 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropa çempionatında bürünc medala sahib çıxıb.
Georgi toplam 372 kq (169+203) nəticə ilə yekun sıralamada da fəxri kürsüyə qalxıb. O, həm təkan, həm də toplamda bürünc medal qazanaraq klubunu layiqincə təmsil edə bilib.
İki medalla fərqlənən Çxeidze və onun məşqçilərini təbrik edir, qarşıdakı bütün yarışlarda uğurlar arzulayırıq!

SHARE
Şərh yaz