“9-cu Zirvə Kuboku”nda səbrsizliklə gözlənilən qrupda yarışlar keçirildi. Astara Olimpiya İdman Kompleksində qurulan dünya səviyyəli platformada həqiqətən yüksək səviyyəli atletlərin – əsl “titanların döyüşü”nə şahidlik edildi. Xüsusilə, Azərbaycan millisinin üzvlərinin uğurlu çıxışı bizləri sevindirdi.
Bürünc medal Firudin Quliyevə qismət oldu. “Goranboy-Zirvə” atleti, ümumilikdə 330 kq (140+190) çəkinin öhdəsindən gəldi və toplam 434.9 xalla üçüncü yeri tutdu. İkinci yerdə “Xırdalan-Zirvə”dən Valentin Xristov qərarlaşdı. O, toplam 315 kq (140+175) və 441.7 xal əldə edə bildi.
Çempion adını isə Dadaş Dadaşbəyli qazandı. “Qobustan-Zirvə” atleti gərgin mübarizədə qalib gəldi. O, birdən qaldırmada 185, təkanla qaldırmada isə 212 kq-ın öhdəsindən gəldi. Toplam 397 kq nəticə və 442.4 Sinkleyr xalı toplayan Dadaşbəyli zirvədəki yerini tutdu.
Təbrik edirik!
Y | Adı | İl | Klub | Ölkə | Çəkisi | Birdən | Təkanla | Toplam | Xal |
1. | Dadaş Dadaşbəyli | 1996 | Qobustan | Azərbaycan | 99.00 | 185 | 212 | 397 | 442.4 |
2. | Xristov Valentin | 1994 | Xırdalan | Azərbaycan | 64.80 | 140 | 175 | 315 | 441.7 |
3. | Firudin Quliyev | 1994 | Goranboy | Azərbaycan | 71.30 | 140 | 190 | 330 | 434.9 |
4. | Kaptari Dumitru | 1989 | Kişinyov | Moldova | 80.50 | 155 | 190 | 345 | 424.0 |
5. | Çeşir Sergei | 1990 | Kişinyov | Moldova | 71.30 | 141 | 170 | 311 | 409.8 |
6. | Pipa Artyom | 1990 | Kişinyov | Moldova | 81.20 | 145 | 190 | 335 | 409.8 |
7. | Aleks Li | 1988 | Finiks | ABŞ | 70.50 | 130 | 175 | 305 | 404.8 |
8. | Mahmud Nikso | 1994 | Ərdəbil | İran | 105.7 | 167 | 200 | 367 | 400.2 |
9. | Anatoli Muşik | 1981 | Beer Şeva | İsrail | 93.80 | 155 | 180 | 335 | 382.5 |
10. | Mohsen Dadras | 1992 | Ərdəbil | İran | 147.0 | 172 | 200 | 372 | 375.8 |