Tofiq Heydərov “İlin futbol adamı” seçildi!

crfff

Cənub Regional Futbol Federasiyası ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair” Dövlət Proqramına uyğun olaraq, 2015-ci il ərzində ölkə futbolunun inkişafında göstərdiyi xidmətlərə görə Cənub zonasını təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. Ümumilikdə, 11 nominasiyada ən yaxşılar seçilib.

Sevindiricidir ki, bu siyahıda “Zirvə” Beynəlxalq İdman Klubu da bir neçə mükafatla fərqlənib. Klubumuzun prezidenti Tofiq Heydərov “İlin futbol adamı” nominasiyasında qalib gəlib. Onun 2015-ci ildə cənub regionunda gördüyü işlər həqiqətən də yüksək qiymətə layiqdir.

Bununla yanaşı, “İlin ən yaxşı futbol komandaları” nominasiyasında “Zirvə” FK-nın cənub regionu üzrə baş məşqçisi Orxan Əhmədov, “Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-lər” nominasiyasında “ZİRVƏ” BİK-nin saytı – zirve-ik.com, “Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşı təşkilatları” nominasiyasında “Zirvə” Beynəlxalq İdman Klubu qalib adını qazanıb.

“Zirvə” olaraq gördüyümüz işlərin layiqli dəyərələndirilməsinə görə çox şadıq. Bundan sonra əzmlə çalışacaq, ölkəmizdə, xüsusilə də cənub regionunda futbolun inkişafına lazımi dəstək göstərəcəyik.

Təbriklər!

Bütün nominasiyalar və qaliblər:

1. İlin futbol adamı: Tofiq Heydərov – “Zirvə“ BİK-nin təsiscisi
Cənub Regionunda “Zirvə” Futbol Klubunun yaradılmasına və komandaya göstərdiyi dəstəyə görə.
2. İlin ən yaxşı peşəkar yerli futbolçusu: Elnur Cəfərov (“Xəzər-Lənkəran” FK) və Məhəbbət Şahquliyev (“Neftçala” FK)
3. İlin ən yaxşı peşəkar legioner futbolçusu: Adrian Skarlatake (“Xəzər Lənkəran” FK)
4. İlin ən yaxşı həvəskar futbolçusu:
Nihad Əhmədov – “Boradigah” (Masallı), Röyal İbadov – “Viləş” (Masallı), Səbiyev Rafiq – “Qaraçala” (Salyan), Məmmədli Elməddin – “Dinamio” ( Yardımlı).
5. İlin ən yaxşı gənc futbolçuları:
İbrahim Qədirli (“Xəzər Lənkəran” FK)
Elşən Rzazadə (“Xəzər-Lənkəran” FK)
6. İlin ən yaxşı futbol komandaları:
“Neftçala” FK – I Divizionun lideri
Biləsuvar UGİM – U-14 Liqasının lideri
“Zirvə“ FK- U-12 Liqasının lideri.
7. İlin ən yaxşı futbol məşqçiləri:
Kamal Quliyev – “Nefçala” FK-nın baş məşqçisi
Orxan Əhmədov – “Zirvə” FK-nın baş məşqçisi
Məzahir Rəhimov – Biləsuvar UGİM U-14-nün baş məşqçisi
Elvin Qurbanov – “Xəzər Lənkəran” FK U-17-nin baş məşqçisi
Xalid Ağayev – UGİM-Lənkəranın qızlardan ibarət komandasının baş məşqçisi
8. İlin ən fəal rayon federasiya nümayəndəsi:
Fəryaz İbayev – Yardımlı
Aydın Aslanov – Neftçala
Rövşən Süleymanov – Masallı
9. Cənub regionunda futbol sahəsini işıqlandıran ilin ən yaxşı KİV nümayəndəsi:
Kənan Məstəliyev – “Rekord.az” saytı
İslam Cabbarov – “12–ci oyunçu (12cioyuncu.az)” saytı
10. Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-lər:
“ZİRVƏ” BİK-nin saytı – zirve-ik.com
Cənub Regional Televiziya Şirkəti
11. Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşı təşkilatları:
– AƏFM (Açıq Əyləncəli Futbol Məktəbinin Azərbaycan nümayəndəliyi)
– “Zirvə” Beynəlxalq İdman Klubu

SHARE
Şərh yaz