Bugünlərdə Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı keçirilir. 300-ə yaxın atletin medallar uğrunda mübarizə apardığı yarışın qonaqları arasında “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti və Azərbaycanın ağır atletika üzrə yığmalarının böyük məşqçisi Tofiq Heydərov da var.
Gürcüstana işgüzar səfərə gedən rəhbər şəxs orada bir çox adamlarla görüşüb. Onların içərisində Ümumdünya Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tamaş Ayan da olub. Bir saatlıq görüş zamanı tərəflər arasında “Zirvə”nin gələcək planları və Azərbaycan ağır atletikasının son durumu ilə bağlı müzakirələr aparılıb, çıxış yollarının tapılması istiqamətində fikir mübadiləsi edilib.