Türk ağır atletikasında şok istefa: Hasan Akkuş getdi!

hasan_akkus-e1351691192703

Türkiyə Ağır Atletika Federasiyasında (TAAF) şok effektli hadisə yaşanıb. Qurumun prezidenti Hasan Akkuş istefa verib. Buna səbəb ötən ilin noyabr-dekabr aylarında İsrailin Eylat şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan ağır atletlərin Avropa çempionatında birdən-birə 5 türk atletin dopinqə düşməsidir.

Bu idmançıların adları açıqlanmayıb. Hasan Akkuş isə məsələyə belə reaksiya verib: “Ömrümün çox hissəsini dopinqlə mübarizəyə həsr etmişəm. Bu durum həm mənim, həm də iş yoldaşlarım üçün çox ağırdır. Dopinq varsa, biz yoxuq. Ona görə də Federasiyanın idarə heyəti olaraq, komanda şəklində postumuzdan istefa verdik”.

Məlumatlara görə, Akkuş TAAF-ın növbəti prezident seçkilərinə qədər işini davam etdirəcək. Ancaq bir şey dəqiqdir ki, o, həmin seçkilərdə namizədliyini irəli sürməyəcək.

Böyük ehtimalla TAAF-ın yeni prezidenti Olimpiya çempionu Halil Mutlu olacaq.

SHARE
Şərh yaz