Türkiyə ağır atletika federasiyasına yeni prezident seçildi

tamer taspinar

Dünən – martın 9-da Ankara şərəhindəki “Kroun Plaza” otelində Türkiyə Ağır Atletika Federasiyasının İcriayyə Komitəsinin növbədənkənar iclası keçirilib. Əsas məqsəd yaxınlarda istefa vermiş Hasan Akkuşun yerinə, yeni federasiya prezidenti seçmək olub. Bu posta iki namizəd vardı – Tamer Taşpınar və Kenan Nuhut.

Seçkilərdə 256 nümayəndədən 241-i iştirak edib. Onlardan 8-nin səsi etibarsız sayılıb. Qalan 233 səs isə yeni prezidentin adını müəyyənləşdirib.

233 səsdən 146-nu alan Tamer Taşpınar Türkiyə Ağır Ateltika Federasiyasının yeni prezidenti seçilib.  Digər namizəd  Kenan Nuhut isə 84 səs toplayıb.

SHARE
Şərh yaz