Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçirilir. Yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Üçüncü yarış gününə start verilib. İlk olaraq yaşı 70-74 arası (M70 qrupu) olan kişilər körpücük üzərinə çıxıblar. 69 kq çəki dərəcəsində türkiyəli Doğan Bilal fəxr kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medallar Polşa, Belarus və Almaniya idmançılarına qismət olub.
Bütün nəticələr aşağdakı kimidir:
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
Adı | Ölkə | Şəxsi çəki | Çəki dərəcəsi | Doğulduğu tarix | Yaş qrupu | Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Doğan Bilal | TUR | 67.6 | 69 | 1944 | 70-74 | 58 | 70 | 128 | 174.49 | 340.78 |
1. | Pyotr Kovalevski | POL | 75.5 | 77 | 1942 | 70-74 | 60 | 88 | 148 | 188.48 | 388.27 |
2. | Andrjey Borkevits | POL | 75.7 | 77 | 1946 | 70-74 | 55 | 56 | 111 | 141.15 | 263.52 |
1. | Pavel Kulikovski | BLR | 84.95 | 85 | 1945 | 70-74 | 88 | 107 | 195 | 233.1 | 445.22 |
1. | Valter Şüssler | GER | 94.35 | 105 | 1943 | 70-74 | 72 | 96 | 168 | 191.36 | 383.48 |
2. | Boris Bostanov | RUS | 104.8 | 105 | 1945 | 70-74 | 60 | 80 | 140 | 153.13 | 292.48 |
1. | Manfred Şröder | GER | 108.5 | +105 | 1946 | 70-74 | 72 | 100 | 172 | 185.92 | 347.12 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions