İyulun 20-24-də Rizə şəhərinin “Yenişehir Spor Salonu”nda 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında fərdi Türkiyə birinciliyi keçirilib. Ölkənin 45 bölgəsindən 385 oğlan və 156 qızın iştirak etdiyi turnirdə “Tuzgölü-Zirvə” klubundan 7 atlet də çıxış edib.
Yaşı 15-ə qədər olan qadın idmançılar arasında 44 kq çəki dərəcəsində Bahar Kapkiner, 48 kq-da Tugçe Çağlar, 53 kq-da Safiye Şahin, 58 kq-da Dilara Uçan, 75 kq-da isə Gülüm İnci Kaya, kişilərdə Yüksel Yiğit yarışıb.
Yaşı 17-yə qədər olan idmançılar arasında qadınlardan Gizem Nur Demir 48 kq, Gamze Yayla isə 58 kq-da, kişilərdə isə Emircan Türkel 56 kq-da mübarizə aparıb.
Təcrübəli mütəxəssislər Yasin və Emrah Arslanın rəhbərliyi altında çıxış edən bu atletlərdən Gamze Yayla bürünc, Dilara Uçan gümüş, Gülüm Kaya isə qızıl medala layiq görülüb.
Onları təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
Bütün nəticələrlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
U-15
Yer | Adı | Doğum tarixi | Çəki | B | Tək. | Topl. |
15 | BAHAR KAPKINER | 01-01-2002 | 43.5 | 42 | 0 | 0 |
6 | TUĞÇE ÇAĞLAR | 01-01-2001 | 47.8 | 40 | 45 | 85 |
4 | SAFİYE NİSA ŞAHİN | 01-01-2002 | 51.75 | 50 | 55 | 105 |
2 | DİLARA UÇAN | 01-01-2002 | 56.5 | 57 | 73 | 130 |
1 | GÜLÜM İNCİ KAYA | 01-01-2002 | 70.65 | 61 | 72 | 133 |
U-17
4 | GİZEM NUR DEMİR | 01-01-1999 | 47.55 | 57 | 70 | 127 |
3 | GAMZE YAYLA | 09-11-2000 | 52.55 | 60 | 70 | 130 |
Kişilər
U-15
15 | YÜKSEL YİĞİT | 01-01-2001 | 48 | 50 | 60 | 110 |
U-17
7 | EMİR CAN TÜRKEL | 04-01-2000 | 54.35 | 55 | 74 | 129 |