Sentyabrın 3-6-da Aydın şəhəri Nazilli İdman Salonunda Klublar arasında Türkiyə çempionatı keçirilib. Yarışda 71 klubdan 261 kişi və 118 qadın ağır atlet iştirak edib. Onların sırasında “Tuzgölü-Zirvə” nümayəndələri də olub və uğurla çıxış ediblər.
Ankara filialımızın 7 idmançısı təcrübəli mütəxəssis Yasin Arslanın rəhbərliyi altında mübarizəyə qoşulublar. 58, 63 və 69 kq çəki dərəcəsində iki, +75 kq çəki dərəcəsində bir qızımız yarışıb. İdmançılarımız medal qazanmasalar da, komandanın xal hesabını artıra biliblər. Yeddi atletimiz toplamda 138 xal qazanıb ki, bu da “Tuzgölü-Zirvə”nin Türkiyə klubları arasında 4-cü yeri tutmağına imkan verib. Komandamız 3-cü olan “Qaziantep Halter İxtisas”dan cəmi 6 xal geri qalıb.