“Tuzgölü-Zirvə” yenidən Türkiyənin ən yaxşısı oldu!

Aprelin 27-30-da Konya şəhərində gənclər arasında Türkiyə Klublararası ağır atletika çempionatı keçirilib. “Konya 100-cü il” İdman Zalında keçirilən turnirdə Türkiyənin bütün bölgələrindən 170 qadın, 378 kişi olmaqla toplam 548 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların içərisində “Tuzgölü-Zirvə” nümayəndələri də olub. Həmişə olduğu kimi, bu dəfə də onlar klubumuzun adını yüksək tutmağı bacarıblar. Belə ki, qızlarımız möhtəşəm çıxış edərək klubların yarışında Türkiyənin ən yaxşısı adını qazanıblar.

Komandamız yarışa 8 qadın atletlə qatılıb. Aktivinə 3 qızıl, 1 gümüş və 1 bürünc medal yazan “Tuzgölü-Zirvə” qızları, həmçinin digər yerləri tutan zəriflərimiz ümumi komanda hesabına xallar əlavə ediblər. Bununla da, 170 xal toplayan Ankara təmsilçimiz ölkəsində bütün klubları üstələyərək zirvəyə yüksəlib.

Ayrı-ayrılıqda idmançılarımızın nəticələri belə olub:
58 kq – Ezgi Cenik – 80 kq (33+47) – 23-cü yer
58 kq – Qamze Yayla – 151 kq (71+80) – 5-ci yer
63 kq – Elif Ünal – 185 kq (84+101) – 2-ci yer
63 kq – Irmak Özdemir – 102 kq (46+56) – 12-ci yer
69 kq – Büşranur Dalmızrak – 182 kq (82+100) – 1-ci yer
75 kq – Zeynep Atakan – 205 kq (88+117) – 1-ci yer
90 kq – Gülsüm Yavuz – 173 kq (75+98) – 1-ci yer
90 kq – Gülüm İnci Kaya – 138 kq (60+78) – 3-cü yer

Bu böyük qələbədə əməyi olan hər kəsi – məşqçilərimiz, idmançılarımızı təbrik edir, bizə yaşatdıqları növbəti çempionluq sevincinə görə təşəkkür edirik. Səsiniz daima zirvələrdən gəlsin!

SHARE
Şərh yaz