Sentyabrın 18-21-də Bartın şəhərində “Ömer Tepesi” İdman Zalında gənclər (U-20) və yaşı 23-ə qədər olan gənclər arasında Türkiyə çempionatı keçirilib. Ölkənin 34 regionundan 274 kişi və 117 qadın – toplamda 391 idmançının qatıldığı yarışda “Zirvəçilər” də iştirak ediblər. “Zirve İnternational Sport Clubs”-ın Türkiyədəki filialları olan “Merzifon”, “Ankara-Sudaş” və “Ankara-Tuzgölü”nün atletləri medallar uğrunda mübarizə aparıblar. Sevindiricidir ki, onlardan bir neçəsi fəxri kürsüyə qalxa bilib.
Qızlarımızdan 10 nəfər gənclər (U-20) qrupunda mübarizə aparıblar. Rəqiblərindən azı 2-3 yaş kiçik olmalarına baxmayaraq yaxşı yarışan idmançılarımız 5 medal əldə ediblər.
Ən böyük uğur 53 kq çəki dərəcəsində qazanılıb. Bu çəkidə fəxri kürsüdəki hər üç yeri “Tuzgölü-Zirvə” idmançıları tutublar. Elif Ünal qızıl, Gamze Yayla gümüş, Gizem Nur Demir isə bürünc medala sahib çıxıb.
69 kq çəki dərəcəsində Zeynep Atakan toplamda 165 kq-la 2-ci yeri tutub. +75 kq-da isə Gülsüm Yavuz toplam 145 kq ilə 3-cü olub.
N | İl | ADI | Çəkisi | Birdən | Təkanla | Toplam |
53 kq | ||||||
1 | 1998 | Elif Ünal | 52,58 | 66 | 75 | 141 |
2000 | Gamze Yayla | 51,60 | 63 | 70 | 133 | |
3 | 1999 | Gizem Demir | 50,34 | 55 | 65 | 120 |
69 kq | ||||||
1998 | Zeynep Atakan | 65,00 | 75 | 90 | 165 | |
+75 kq | ||||||
3 | 1997 | Gülsüm Yavuz | 89,85 | 55 | 90 | 145 |
Kişi idmançılardan isə “Merzifon-Zirvə” atletləri iki gümüş medalla fərqləniblər. Mustafa Kaya Anıl və Recep Aslan U-23 kişilər arasında müvafiq olaraq 94 və 105 kq çəki dərəcələrində fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
N | İl | ADI | Çəkisi | Birdən | Təkanla | Toplam |
94 kq | ||||||
2 | 1992 | Mustafa Kaya Anıl | 85,91 | 110 | 140 | 250 |
105 kq | ||||||
2. | 1992 | Recep Arslan | 98,15 | 106 | 143 | 249 |