Fevralın 11-14-də Alanya şəhərində böyüklər arasında Türkiyə Klublararası ağır atletika çempionatı keçirilib. Alanya Atatürk İdman Zalında keçirilən turnirdə 60 klubdan 355 kişi və 130 qadın iştirak edib. Onların içərisində “Tuzgölü-Zirvə” nümayəndələri də olub. 53 kq çəki dərəcəsində Qamze Yayla, 63 kq-da Mehtap Kurnaz və Elif Ünal, 69 kq-da Zeynep Atakan və Büşranur Dalmızrak, 75 kq-da Emine Sarıtoprak, +75 kq-da isə Gülsüm Yavuz çıxış ediblər. Sevindiricidir ki, klubumuz hamıdan güclü olduğunu göstərərək Türkiyə çempionu olub!
Aktivinə 1 qızıl və 3 gümüş medal yazan “Tuzgölü-Zirvə” qızları, həmçinin digər yerləri tutan zəriflərimiz ümumi komanda hesabına xal əlavə ediblər. Bununla da, 165 xal tutan Ankara təmsilçimiz ölkəsində bütün klubları üstələyərək zirvəyə yüksəlib.
Ayrı-ayrılıqda idmançılarımızın nəticələri belə olub:
53 kq – Qamze Yayla – 150 kq (69+81) – 1-ci yer
63 kq – Mehtap Kurnaz – 186 kq (81+105) – 2-ci yer
63 kq – Elif Ünal – 156 kq (72+84) – 5-ci yer
69 kq – Zeynep Atakan – 187 kq (81+106) – 2-ci yer
69 kq – Büşranur Dalmızrak – 159 kq (72+87) – 6-cı yer
75 kq – Emine Sarıtoprak – 157 kq (67+90) – 2-ci yer
+75 kq – Gülsüm Yavuz – 150 kq (60+90) – 6-cı yer
Bu böyük qələbədə əməyi olan hər kəsi – məşqçilərimiz, idmançılarımızı təbrik edir, bizə yaşatdıqları çempionluq sevincinə görə təşəkkür edirik. Həmişə “Zirvə” ilə zirvədə olasınız!
Teşekkürler, Tuzgölü! Sizi seviyoruz!