ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında iştirak edən Azərbaycan milli komandasının üzvləri vətənə qayıdıblar. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Zirvə” Beynəlxalq İdman Klubu, Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri və digər nümayəndələri qarşılayıblar.
KİV-lərin böyük diqqət mərkəzinə nəticə əldə edən atletlərimiz – Valentin Xristov, Boyanka Kostova və Firudin Quliyev düşüb. Bununla yanaşı, yığmamızın Rio Olimpiadasına 4 vəsiqə qazanmasında rolu olan digər ağırlıqqaldıranlarımız da yarışla bağlı fikirlərini AAAF TV ilə bölüşüblər.