Aprelin 19-23-ü tarixlərində Ukraynanın Kiyev vilayətinin Çernobıl şəhərində ağır atletika üzrə 13 və 15 yaşlı yeniyetmələr arasında ölkə birinciliyi keçirilib. Yarışda əksər vilayətlərdən 364 atlet mübarizəyə qoşulub.
Həmişə olduğu kimi “Zirvə” İnternational Sport Clubs”ın Ukrayna filialı – “Jidaçiv-Zirvə” atletləri də bu yarışda iştirak ediblər. Birincilikyə 7 atletlə qatılan Denis Qotfridin yetirmələri 2 qızıl və 2 gümüş medal əldə ediblər.
Olqa İvjenko və Qoza Boqdan qızıl, Sergey Lişeqa və Volodimir Kotelçuk gümüş medulla fərqlənib. Boqdanın 85 kq çəki dərəcəsində təkanla qaldırmada ram etdiyi 152 kq isə bu yaş qrupunda Ukrayna rekordu kimi qeydə alınıb.
Növbəti dəfə uğur qazanaraq “Zirvə”nin adını layiqincə təmsil edən komandamızı təbrik edir, qələbədə əməyi olan hər kəsə təşəkkür eir, qarşıdakı yarışlarda da uğurlar qazanmalarını arzulayırıq.
Bütün “Jidaçiv-Zirvə” atletlərinin Ukrayna birinciliyindəki çıxış cədvəli ilə aşağıda tanış ola bilərsiniz:
N | Adı | Çəki | Yaş | Birdən | Təkanla | Toplam | Yer |
1. | Sergey Lişeqa | 34 kq | U-13 | 37 | 41 | 78 | 2 |
2. | Olqa İvjenko | 53 kq | U-15 | 57 | 67 | 124 | 1 |
3. | Dmitro Sokolovski | 45 kq | U-15 | 53 | 62 | 115 | 5 |
4. | Vitali Barankeviç | 45 kq | U-15 | 48 | 65 | 113 | 6 |
5. | Kotelçuk Volodimir | 50 kq | U-15 | 65 | 75 | 140 | 2 |
6. | Qondzo Yuri | 69 kq | U-15 | 84 | 101 | 185 | 4 |
7. | Qoza Boqdan | 85 kq | U-15 | 132 | 152* | 284 | 1 |