Aprelin 14-də Slavutiç şəhərində yeniyetmələr arasında Ukrayna birinciliyi keçirilib. Bu turnir həm də Çernobıl faciəsinin qəhrəmanlarının xatirəsinə həsr olunub.
Yarışda gözlənildiyi kimi, “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndəsi də çıxış edib. Qızların mübarizəsində 44 kq çəki dərəcəsində körpücük üzərinə çıxan Olqa İvjenko gümüş medala sahib çıxıb. Klubumuzun final yarışındakı çıxışından tanıdığımız gənc atlet birdən qaldırma hərəkətində 47 kq, təkanla qaldırmada isə 57 kq-ı başı üzərinə qaldırıb. 13 yaşlı Olqa toplamda 104 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Təbrik edirik!