Martın 20-24-də Xarkov şəhərində ikiqat Olimpiya çempionu Leonid Jabotinskinin xatirəsinə həsr olunmuş gənclər arasında Ukrayna çempionatı keçirilib. Yarışda ölkənin bütün klub və idman məktəb və cəmiyyətlərindən atletlər çıxış ediblər.
Onların içərisində ənənəvi olaraq “Jidaçiv-Zirvə” nümayəndələri də olub. 4 qadın və 6 atletimiz mübarizəyə qoşulub və 6 medal (2 qızıl, 2 gümüş və 2 bürünc) əldə ediblər. Bir atletimiz isə U-15-lər arasında təkanla qaldırma hərəkətində Ukrayna rekordunu yeniləyib.
Bu gözəl çıxışa görə ukraynalı atletlərimizə təşəkkür edir, onlara növbəti yarışlarda da uğurlar qazanmalarını arzulayırıq!
N | Adı | Çəkisi | Birdən | Təkanla | Toplam | Yer |
1. | Vitali Smoçek | 77 | 130 | 154 | 284 | 3 |
2. | Bondan Priymak | 77 | 108 | 130 | 238 | 16 |
3. | İqor Obuxov | 85 | 139 | 183 | 322 | 2 |
4. | Boqdan Qoza | 85 | 127 | 151* | 278 | 10 |
5. | Kiril Piroqov | 105 | 175 | 204 | 379 | 1 |
6. | İqor Şolox | 105 | 130 | 155 | 285 | 10 |
7. | Yarınya Petruk | 48 | 41 | 53 | 94 | 3 |
8. | Tatyana Sapko | 53 | 42 | 56 | 98 | 16 |
9. | Diana Naqornyuk | 90 | 80 | 91 | 171 | 2 |
10. | Yelizaveta Baranova | +90 | 99 | 131 | 230 | 1 |
* – U-15-lər arasında təkanla qaldırma hərəkətində Ukrayna rekordu