Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə AAAF Park Yaşayış Kompleksində futbol turniri keçirilib. Yarışda Sumqayıtın “Məhəllə uşaqları”, Bakının “Vətən” və Xırdalanın “Zirvə” komandaları iştirak ediblər. Matçlar qrupda, dairəvi sistemlə keçirilib və ən çox xal toplayanlar qalib olublar.
Oyunlar çox maraqlı mübarizə şəraitində keçib. Sumqayıt təmsilçisi hər iki görüşdə qalib gələrək (3:2 və 5:4 hesabları ilə) qızıl medala sahib çıxıb. Gümüş medalı isə “Vətən” qazanıb. Paytaxt təmsilçiləri 4:4 bitən oyundan sonra penalti zərbələrində “Zirvə”ni yenə biliblər. Bürünc medal klubumuzun üzvlərinə qismət olub.
Sonda bütün mükafatçılara medal, diplom və kuboklar təqdim edilib.