Astara rayonunun Qamışoba kəndində inşa edilən yeni Zirvə Beynəlxalq Təlim-Məşq Bazasında 8-ci Zirvə Uşaq Oyunları çərçivəsində daha bir yarış keçirilib. Böyük marağa səbəb olan və rəngarəng görüntülərlə yadda qalan uşaq atletikası turniri bütün Oyunların bəzəyinə çevrildi. Cənub regionundan gələn yaşı 14-ə qədər olan yüzə yaxın qız və oğlanın iştirak etdiyi yarış yükssək təşkilatçılıq səviyyəsi ilə fərqlənib.
Yeniyetmə idmançılar yarışda 6 növ üzrə startlara qoşulublar. Bunlar komanda şəklində çarpaz tullanma, formula 1, basketbol, estafet, top atma, fərdi şəkildə isə 30 metr məsafəyə qaçış olub. Uşaqlar medallar uğrunda mübarizəni həm idman, həm də əyləncə kimi apardılar. Emosiyalar və hisslər, gənc idmançıların əzmi, eyni zamanda komanda şəklində hərəkətlərini izləmək çox gözəl idi. Qamışoba Bazasının bütün idman obyektlərində təşkil olunan atletika yarışları böyük bir idman bayramına çevrildi.
Yarışlar 3 yaş qrupu – 6-8 yaş, 9-11 yaş və 12-14 yaş qrupu üzrə keçirildi. Qaliblərə gəlincə, komanda yarışlarında çempion adını “Şahağacı-Zirvə” komandası qazanıb. Gümüş medallar “Astara-Zirvə-3”, bürünc medallar isə “Astara-Zirvə-4” komandasına qismət olub.
Fərdi yarışlarda isə 30 metrəyə qaçışda aşağıdakı nəticələr qeydə alınıb:
6-8 yaş qrupu
Qızlar
1. Qəmərxanım Mirzəcanzadə
Oğlanlar
1. Yusif Abbasov
2. Yusif Nəcəfli
3. Nurlan Baxşıyev
9-11 yaş qrupu
Qızlar
1. Aylin Həsənli
2. Əliyeva Mənsumə
3. Şakirə Qəribova
Oğlanlar
1. Məhərrəm Hüseynov
2. Əli Əliyev
3. Tural Qurbanzadə
12-14 yaş qrupu
Qızlar
1. Leyla Həsənli
2. Yeganə İmanova
3. Aylin Məmmədova
Oğlanlar
1. Elmar Abdullayev
2. Əli Həsənli
3. İbrahim Əliyev
Təltifat mərasimində qaliblərlə mükafatları Azərbaycan Atletika Federasiyasının Respublika Hakimlər Kollegiyasının sədri, əməkdar məşqçi Şirin Vəliyev, Federasiyanın icraçı direktoru, əməkdar məşqçi Kamal Əhmədov və Zirvə Beynəlxalq İdman Klublarının vitse-prezidenti, azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rauf Quliyev tərəfindən təqdim ediblər.
Təbrik edirik!
Sentyabr ayının 19-da Azərbaycan Basketbol Federasiyası və Zirvə Byenəlxalq İdman Klublarının təşkilatçılığı ilə Astara rayonunun Qamışoba kəndində inşa edilən yeni Zirvə Beynəlxalq Təlim-Məşq Bazasında 3×3 basketbol üzrə Astara Open 2020 turniri keçirilib. Yarışda Azərbaycanın ən güclü və təcrübəli basketbolçularının yer aldığı komandalar çempionluq mübarizəsi aparıblar.
Yeni bazada bir neçə idman növü üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb. Onların arasında basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika və digərlərini qeyd etmək olar. Toplanışlar zamanı komandaların ixtiyarına məşq meydançası və zalları, istirahət və bərpa üçün Olimpiya çempionu və mükafatçılarının şərəfinə adlandırılmış və xüsusi hazırlanmış koteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe, 100 nəfərlik açıq havada və qapalı restoranlar veriləcək. Xəzər dənizinin sahilindəki füsunkar mənzərədə salınan bu baza Azərbaycan və dünya idmanının inkişafına öz töhfəsini verəcəkdir. Moldovadakı İvança qəsəbəsi, Türkiyədə Ankara şəhərində yerləşən “Altınpark-Akarsu”, Azərbaycanda Xırdalan və Astara şəhərlərindəki AAAF Park Yaşayış, İstirahət və İdman Kompleksindən sonra sayca 5-ci olan yeni beynəlxalq təlim-məşq bazasında ilk yarış məhz “Astara Open 2020” basketbol turniri olub.
Bildiyiniz kimi, dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən builki Oyunlar öz doğru vaxtında başlamadı, aylarla ertələnməli oldu. Buna baxmayaraq, klub olaraq hətta karantin dövründə uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçirmiş, top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atmış və bu bizim klub olaraq COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olmuşdu.
Ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq təşkil edilən oxatma yarışı zamanı şəxsi gigiyena, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına, həmçinin digər müvafiq tələblərə riayət olundu, iştirakçıların sağlamlığı ön plana çıxarıldı. Gənc kamandan oxatanlarımız həm rahat, həm də təhlükəsiz şəkildə yarışaraq qalibləri müəyyən etdilər.
8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.
Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.