Ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib

Fevral ayının 8-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif yaşda olan atletlər medallar uğrunda mübarizə aparıblar. Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəlinə əsasən müəyyən ediliblər.

Qızıl medalı gözlənildiyi kimi Vladimir Jilyayev qazanıb. 71 yaşlı atlet toplam 160 kq (70+90) nəticə 369.30 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq 225 kq (102+123) nəticə və 345.16 xalla Zəfər Tağıyev və toplam 265 kq (120+145) nəticə və 339.55 xalla Namiq Cəmilov tutublar.

Təbrik edirik!

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplamXal
1.Jilyayev Vladimir1948BakıZirvə90.77090160369.30
2.Tağıyev Zəfər1973SamuxZirvə74.5102123225345.16
3.Cəmilov Namiq1982GəncəARV88.6120145265339.55
4.Quliyev Səddar1950SumqayıtZirvə80.06683149338.30
5.Əkbərov Emin1973SumqayıtZirvə87.81001110220296.45
6.Xıdırov Qələndər1955AğdamZirvə75.36083143290.10
7.Vəliyev Nahid1983GəncəTəhsil89.9101121222279.25
8.Bayramov Viruz1984SumqayıtZirvə91.085105190234.49
SHARE
Şərh yaz