Üzgüçülük də 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında diqqət mərkəzində oldu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə üzgüçülərə çatıb.
Kompleksin AAAF Hovuz və Spa mərkəzindəki üzgüçülük hovuzunda keçirilən yarış yetərincə maraqlı alınıb və diqqət mərkəzinə düşüb. Yeniyetmə qızlar və oğlanlar güclərini arxası üstə, brass və kroll növlərində sınayıblar. Yarışda Azərbaycanla yanaşı iranlı idmançılar da iştirak edib, medal qazanmaq üçün üzüblər. Qonşu ölkə təmsilçilərindən biri – Anayka Məleyki hətta qızıl medal qazanmağa da macal tapıb. Digər qruplarda Selcan Abbasova, Aytac Abbasova, oğlanlarda Cavid Kərimov, Samir Tağıyev, Əli Quluzadə və Nihat Hüseynov hamıdan sürətli olaraq çempion adına layiq görülüblər.
Mükafatçılara təşkilatçılar tərəfindən medal, diplom və xatirə hədiyyələri təqdim edilib.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

2007-09 qızlar, brass
1. Məleyki Anayka (İran)
2. Selcan Abbasova (Abşeron)
3. Validə Allahverdiyeva (Abşeron)

2008-09 qızlar, brass
1. Selcan Abbasova (Abşeron)
2. Validə Allahverdiyeva (Abşeron)
3. Aytac Abbasova (Abşeron)

2007-08 oğlanlar, kroll
1. Cavid Kərimov (Abşeron)
2. Nurlan İsgəndərov (Abşeron)
3. İltimas Mehmanov (Abşeron)

2007-08 qızlar, kroll
1. Aytac Abbasova (Abşeron)
2. Aytac Kərimova (Zirvə)
3. Əntiqə Babayeva (Zirvə)

2007 oğlanlar, arxası üstə
1. Samir Tağıyev (Zirvə)
2. Səməd Hüseynov (Zirvə)
3. Hüseyn Novruzov (Zirvə)

2008 oğlanlar, arxası üstə
1. Əli Quluzadə (Abşeron)
2. Ceyhun Hüseynov (Abşeron)
3. Emil Həsənov (Abşeron)

2009-10 oğlanlar, kroll
1. Nihat Hüseynov (Abşeron)
2. Yusif Elməddinov (Abşeron)
3. Ömər Göyyusubov (Abşeron)

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz