Noyabrın 19-da “Zirvə” Uşaq İdman Akademiyasının hovuzunda kiçik yaşlı oğlan və qızlar arasında üzgüçülük üzrə “Zirvə” Beynəlxalq İdman Klubunun 2-ci ənənəvi birinciliyi keçirildi. Maraqlı və xoş anlarla dolu olan bu yarış böyük həyəcanla izləndi.
Məqsədi uşaqlar arasında üzgüçülük idman növünün populyarlaşdırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, uşaqların məşğələlərə cəlb olunması marağının artırılması, idmanla mütəmadi məşğul olmalarının təşkil edilməsi və qalib və mükafatçıların müəyyənləşdirilməsi olan bu birincilik təvəllüdü 2006-2011-ci il olan oğlan və qızlar arasında təşkil edildi.
Oğlanlar 6, 7, 8, 9, 10; qızlar isə 5, 6, 7, 8, 9 və 10 yaş qrupunda mübarizə apardılar.
Yüksək səviyyədə təşkil olunan yarışdan hamı razı qaldı. İlk öncə, qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirvə” İK-nın diplom və medalları ilə təltif olundular. Əlavə edək ki, gənc idmançılar sərbəst üsulla yanaşı, brass və kürək üzmə növlərində də qüvvələrini sınayıblar.
Qalib və mükafatçıları təbrik edir, onlara uğurlar arzulayırıq!
Nəticələr və şəkillərlə aşağıda tanış ola bilərsiniz:
N | Adı | Yaş qrupu | Nəticə | Yer |
1. | Nəbiyeva Fəridə | 5 | 0.27.44 | 3 |
Həsənov Fərid | 5 | 0.24.91 | 2 | |
Cabbarlı Əli | 5 | 0.23.60 | 1 | |
2. | Aslanlı Əli | 6 | 0.25.82 | 2 |
Məmmədzadə Məcid | 6 | 0.21.79 | 1 | |
Səbzixanov Yəhya | 6 | 0.34.19 | 3 | |
3. | Baxşıyeva Zeynəb | 6 | 0.25.96 | 1 |
Heydərova Aidə | 6 | 0.27.10 | 2 | |
4. | Neydurəliyeva Fəridə | 7 | 0.33.44 | 3 |
Novruzova Məryəm | 7 | 0.24.19 | 1 | |
Əliyeva Fatma | 7 | 0.27.84 | 2 | |
5. | Baxşıyeva Zeynəb | 6 | 0.33.60 | 1 |
Heydərova Aidə | 6 | 0.35.35 | 2 | |
6. | Hacılı Əli | 7 | 0.32.10 | 3 |
Quliyev Malik | 7 | 0.22.69 | 1 | |
Raijin Quliyev | 7 | 0.27.09 | 2 | |
7. | Quliyev Aydın | 7 | 0.25.50 | 2 |
Hüseynov Nihad | 7 | 0.20.41 | 1 | |
8. | Əhmədzadə Murad | 8 | 0.31.60 | 3 |
Məmmədzadə Hüseyn | 8 | 0.24.03 | 2 | |
Nəcəfov Nihad | 8 | 0.22.00 | 1 | |
9. | Aslanlı Rza | 8 | 0.26.69 | 1 |
Neydurəliyev Fərid | 8 | 0.27.88 | 2 | |
10. | Həmidli Ayan | 8 | 0.17.75 | 1 |
Hüseynov Ceyhun | 8 | 0.22.68 | 2 | |
11. | Rəcəbli Tuncay | 9 | 0.18.09 | 2 |
Ocaqlı Toğrul | 9 | 0.24.32 | 3 | |
Novruzov Ömər | 9 | 0.15.93 | 1 | |
12. | Məmmədzadə Leyla | 9 | 0.23.75 | 1 |
Əzməmmədova Nuray | 9 | 0.23.74 | 2 | |
13. | Dostuyev Əkrəm | 11 | 0.16.59 | 1 |
Abdullayeva Sabrina | 11 | 0.17.56 | 2 | |
14. | Baxşıyev Əli | 12 | 0.15.84 | 2 |
Vəliyev İlham | 12 | 0.14.90 | 1 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions