Valentin Xristov Avropa rekordunu yeniləyib

xristov birden qaldirma

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı başa çatmaq üzrədir. Bildiyiniz kimi, bu yarışda idmançılarımız uğurla çıxış edərək iki böyük, 7 kiçik medal qazandılar. Bu medallarda Valentin Xristovun da imzası var. Olimpiya mükafatçımız 62 kq çəki dərəcəsində mübarizə apardı və ümumi sıralamada 4-cü yeri tutsa da, həm birdən, həm də təkanla qaldırmada bürünc medalla fərqləndi.

Toplamda 311 kq (141 kq + 170 kq) nəticə göstərən Valentin Xristov daha bir ciddi məqamla yadda qaldı. Belə ki, 19 yaqşlı atlet həm də öz çəkisindən birdən qaldırma hərəkətində göstərdiyi 141 kq nəticə ilə adını tarixə yazdırdı. Çünki o, buvaxta qədər bolqar atlet İvaylo Filevə məxsus rekordu yenilədi.

62 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində gənclər arasında Avropa rekordu 138 kq idi. Valentin Xristov isə dünya çempionatında 141 kq-ı qaldıraraq bu rekordu 3 kq yenilədi. Artıq bu çəki dərəcəsində bütün rekordlar – həm birdən (141 kq), həm təkanla (178 kq) qaldırma, həm də toplamda 316 kq Xristova məxsusdur.

Afərin!

SHARE
Şərh yaz