Valentin Xristov Avropa çempionudur!

1508537_10200489891366351_401948442892268492_n

Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.

Turnirdə Azərbaycan yığmasının daha bir üzvü körpücük üzərinə çıxdı. 2012-ci il Avropa çempionu Valentin Xristov yenidən titulunu qorumaq üçün körpücük üzərinə qalxdı. O, 62 kq çəki dərəcəsində mübarizə apardı.

Valentin birdən qaldırma hərəkətində əvvəlcə 133 kq, dha sonra 135 kq-ı ram etdi. Üçüncü yanaşmada 142 kq-ın öhdəsindən gələ bilməsə də, bu hərəkətdə qızıl medalı əldə edə bildi.

Təkanla qaldırma hərəkətində Xristov cəmi bir yanaşma etdi. O, 160 kq-ı ilk cəhddəcə ram edərək Avropa çempionluğunu təmin etdi. O, toplamda 295 kq (135+160) nəticə göstərdi.

Bu qələbə ilə Valentin Xristov ikiqat Avropa çempionu olaraq, 2012-ci il Türkiyənin Antalya şəhərində qazandığı titulunu qorumağı bacardı.

Təbrik edirik!

3

 

19614_1596564063889824_8619666406772418843_n

SHARE
Şərh yaz