Veteran Oyunlarında daha bir qızıl və bir bürünc medal qazandıq!

aftandil humbetli

Avqustun 03-10-u tarixlərində İtaliyanın Turin şəhərində Veteran idmançılar arasında keçirilən VIII Ümumdünya Oyunları başa çatıb. Milli komandamızın üzvlərindən daha bir neçəsi son yarış günlərində körpücük üzərinə çıxıb.

Belə ki, kişilər arasında 40-45 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində Namiq Ağayev mübarizə aparıb. Atletimiz 201 kq (91+110) nəticə ilə 8-ci yeri tutub .

Eyni yaş qrupunda 85 kq çəki dərəcəsində Teymur Əliquliyev 212 kq (92+120) nəticə ilə 6-cı pillədə qərarlaşıb.

Bu yaş qrupunda daha bir idmançımız – İltifat Məmmədov 105 kq çəki dərəcəsində mübarizə aparıb. O, 215 kq (95+120) ilə 7-ci yeri tutub.

35-40 yaş qrupunda isə millimizin şərəfini Asif Məlikov qoruyub. O, 77 kq çəki dərəcəsində yarışıb. Ancaq birdən qaldırmada sıfır nəticə göstərərək yarışları uğursuz bitirib.

Ən böyük uğuru isə 30-35 yaş qrupunda əldə etdik. Əvvəlcə 77 kq çəki dərəcəsində Aftandil Hümbətli medal qazandı. O, 239 kq (102+137) nəticə göstərdi. B u nəticə ilə o, Oyunların bürünc medalçısı oldu.

Bu yaş qrupunda 105 kq çəki dərəcəsində isə Natiq Həsənov daha möhtəşəm çıxış edib. O, 297 kq (135+162) çəkini başı üzərinə qaldıraraq hamıdan üstün olduğunu sübut edib.

Qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan atletimizi təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq.

Eyni yaş qrupunda +105 kq çəki dərəcəsində Emil Əliyev təkanla qaldırmada sıfır alaraq, yarışı nməticəsiz başa vurub.

SHARE
Şərh yaz