Macarıstanın Kazinqbarçika şəhərində ağır atletika üzrə XXIV kişilər və XXII qadın veteran idmançıları arasında Avropa çempionatı keçirilir. 17-24 may 2014-cü il tarixlərində keçirilən çempionatda “Zirvə” İdman Klubunun üzvü və veteranlardan ibarət Azərbaycan milli yığma komandasının idmançıları da iştirak edir.
Artıq bir idmançımız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı, 4 qat dünya və 7 qat Avropa çempionu, “Zirvə” İdman Klubunun üzvü Akif Alıyev 55-59 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 72 kq, təkanla qaldırma hərəkətində isə 85 kq ağırlığın öhdəsindən gələrək Avropa çempionu adına layiq görülüb.
Təbrik edirik!