Veteranlar “Zirvə Kuboku”na yekun vurdu, Vladimir Jilyayev qalib oldu!

Vladimir

“Zirvə” Beynəlxalq İdman Klubunun avqustun 28-29-da Astara Olimpiya İdman Kompleksində keçirilən ağır atletika üzrə “9-cu Zirvə Kuboku” başa çatdı. Yarışçılar arasında son olaraq veteranlar qüvvələrini sınadılar. Ən yaşlısının 67 yaşı olan idmançılar körpücük üzərində hələ də güclü olduqlarını nümayiş etdirə bildilər. Maraqlıdır ki, çempion titulu məhz bu adama qismət oldu.

1948-ci il təvəllüdlü Vladimir Jilyayev toplam 201 kq (91+110) nəticə göstərdi. “Xırdalan-Zirvə” atleti Manone-Meltzer cədvəli üzrə 405.16 xalla qızıl medala sahib çıxdı.

Gümüş medalı toplam 296 kq (146+150) nəticə və 371.07 xal toplayan “Sumqayıt-Zirvə” nümayəndəsi Emin Əliyev qazandı. Bürünc medal isə “Samux-Zirvə”dən Zəfər Tağıyevin adına yazıldı. O, toplam 245 kq (105+140) və 370.67 xal topladı.

Təbrik edirik!

P Name Year Club Country Weight Snatch Clean and jerk Total Point
1. Vladimir Jilyayev 1948 Xırdalan Azərbaycan 88.40 91 110 201 405.16
2. Emin Əliyev 1977 Sumqayıt Azərbaycan 113.7 146 150 296 371.07
3. Zəfər Tağıyev 1973 Samux Azərbaycan 72.30 105 140 245 370.67
4. Yuri Lişeqa 1977 Jidaçiv Ukrayna 63.00 102 130 232 369.18
5. Rəhimov Akif 1969 Minsk Belarus 94.60 110 135 245 344.03
6. Akif Alıyev 1969 Bakı Azərbaycan 55.40 70 80 150 326.77
7. Oleq Sırqi 1964 Kişinyov Moldova 70.90 90 105 195 323.66
8. Salih Süvar 1949 Ankara Türkiyə 85.80 60 100 160 317.99
9. Əliquliyev Teymur 1968 Lənkəran Azərbaycan 81.30 92 115 207 308.02
10. Namiq Ağayev 1966 Sumqayıt Azərbaycan 82.00 94 111 205 307.88
11. Hüseynov Samir 1979 Lənkəran Azərbaycan 79.00 100 110 210 283.38
12. Emin Əkbərov 1973 Sumqayıt Azərbaycan 82.10 86 105 191 269.00

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

 

SHARE
Şərh yaz