Veteranlarımız Avropa çempionatında uğurla çıxış etdilər

2015 EUROPEAN MASTERS

13-20 iyun tarixləri arasında Uelsin Banqor şəhərində Veteran Ağır Atletlər arasında Avropa çempionatı keçirilib. Bu yarışa Azərbaycandan da idmançılarımız qatılıblar.
Baş məşqçi Oktay Muxtarovun rəhbərliyi altında qadınlarda Xatirə Şahverdi (W-45, kq 63), kişilərdə isə Vladimir Jilyayev (M-65, kq 85), Akif Aliyev (M-55, kq 56), Natig Ağayev (M-50, kq 94), Namig Ağayev (M-45, kq 77), Teymur Əliquliyev (M-45, kq 85), Samir Qeyisov (M-35, kq 77) medallar uğrunda mübarizəyə qoşulublar.
“Zirvə” Beynəlxalq İdman Klubunun atleti Vladimir Jilyayev M-7 (65-69) yaş qrupunda, 85 kq çəki dərəcəsində uğurlu çıxış edib. O, toplam 195 kq (85+110) nəticə ilə həm bu qrupda, həm də bütün yaş qrupunda mütləq çempion adını qazanıb.
Akif Alıyev M-5 (55-59) yaş qrupunda, 52 kq çəki dərəcəsində mübarizə aparıb. O da toplam 145 kq (65+80) nəticə ilə qızıl medala sahib çıxıb.
Natiq Ağayev M-4 (50-54) yaş qrupunda, 94 kq çəki dərəcəsində yarışıb. O, toplam 180 kq (80+100) nəticə ilə 2-ci yeri tutub.
Namiq Ağayev M-3 (45-49) yaş qrupunda, 85 kq çəki dərəcəsində çıxış edib. O, toplam 205 kq (94+111) nəticə ilə 3-cü yeri tutub.
Teymur Əliquliyev M-3 (45-49) yaş qrupunda, 94 kq çəki dərəcəsində mübarizə aparıb. O da toplam 209 kq (90+119) nəticə ilə 2-ci yerə sahib çıxıb.
Samir Qeyisov M-1 (35-39) yaş qrupunda, 85 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. O, toplam 233 kq (103+130) nəticə ilə ümumi sıralamada 4-cü olub. Qeyisov təkanla qaldırmada 130 kq nəticə ilə 3-cü yerə çıxaraq bürünc medal əldə edib.
Qadınlarda yeganə təmsilçimiz olan Şahverdi Xatirə W-3 (45-49) yaş qrupunda, 69 kq çəki dərəcəsində yarışıb. O, toplam 91 kq (38+53) nəticə ilə bürünc medal əldə edib.
Beləliklə, veteranlardan ibarət milli komandamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək möhtəşəm çıxış nümayiş etdirib. Ustad ağır atletlərimizi təbrik edir, gələcək yarışlarda da uğurlarının davamının gəlməsini arzulayırıq!

SHARE
Şərh yaz