Veteran Ağır Atletlər İctimai Birliyi respublika dərəcəli hakim Dəbriş Ağayevin xatirəsinə həsr olunmuş yarış keçirib. Yarışda 51 atlet iştirak edib.
Turnirə idman məktəbinin, cəmiyyət və klubların 40 yeniyetmə və 11 veteran idmançısı qatılıb. Veteran idmançılar arasında veteranlar arasında dünya və Avropa çempionlarıyla, mükafatçıları da olub. Yarışın keçirilməsində əsas məqsəd isə Dəbriş Ağayevin xatirəsinin yad edilməsi, Ağır atletika idman növünün şəhərdə təbliği və inkişafı, İdmançılar arasında dostluq əlaqələrinin yaradılması və Veteran idmançıların yeniyetmələrə örnək olmasıdır.