VI Zirvə Oyunları üzgüçülük və cüdo yarışları ilə start götürdü

AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI start götürüb. İlk olaraq idmançılar üzgüçülük və cüdo növlərində qüvvələrini sınayıblar.

Üzgüçülük yarışında 40-dən çox yeniyetmə qalib adı uğrunda mübarizə aparıb və sonda fərqlənənlər diplom və medallarla təltif ediliblər.

neticeler uzguculuk

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

 

Daha sonra isə cüdo yarışları start götürüb. Açılış mərasimində yarışın baş hakimi Mail Hümbətov çıxış edərək “Zirvə” Beynəlxalq İdman Klublarının yaratdığı şərait, idmanın inkişafı üçün atdığı addımları fərqləndirib, Oyunların cüdo idman növündə kütləviliyinin artmasına böyük təkan verdiyini qeyd edib.
Sonra klubun idman şöbəsinin müdiri Azad Mustafayev danışıb. O, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bu yarışın artıq 6 ildir mütəmadı və uğurla keçirildiyini bildirib. Natiq qeyd edib ki, məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra yarışlara start verilib.
Tatami üzərinə Respublikanın şəhər və rayonlarından 130-a qədər cüdoçu çıxıb. Qaliblərə diplom və medallar təqdim olunub.
May ayının 5-də VI Zirvə Oyunları çərçivəsində karate, may ayının 12-13-də isə müvafiq olaraq bədii gimnastika və ağır atletika yarışları baş tutacaq.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz