Avqustun 03-10-u tarixlərində İtaliyanın Turin şəhərində Veteran idmançılar arasında keçirilən VIII Ümumdünya Oyunları davam edir. Yarışın 4 günü ərzində Milli yığma komandanın 3 idmançısı öz iştiraklarını başa vurublar.
Belə ki, qadınlar arasında 35-39 yaş qrupu üzrə 75 kq çəki dərəcəsində İdman Ustası Səbinə Rzayeva ümumi cəmdə (65+75) 140 kq nəticə ilə ABŞ və Venesuela idmançılarından geri qalaraq 3-cü olmuşdur.
Qadınlar arasında 45-49 yaş qrupu üzrə 48 kq çəki dərəcəsində mübarizə aparan Şahverdi Xatirə ümumi cəmdə (37+52 kq) 89 kq nəticə ilə 6-cı olmuşdur.
60-64 yaş qrupu üzrə 85 kq çəki dərəcəsində mübarizə aparan İdman Ustası Vladimir Jilyayev isə ümumi cəmdə (90+118 kq) 208 kq nəticə ilə Ümumdünya Oyunlarının 2 rekordunu (təkanla qaldırmada 118 kq və ümumi cəmdə 208 kq) müəyyən edərək qızıl medala layiq görülüb.
Qocaman idmançımız ötən Avropa çempionatında da rekord vurmuş və qızıl medal qazanmışdı. Uğurlardan doymayan Jilyayevi təbrik edir, ona gələcəkdə də qələbələrinin davamının gəlməsini arzulayırıq. Əhsən, Vladimir Jilyayev!
Digər 8 idmançımız 7-10 avqust tarixlərində mübarizə aparacaqlar.