19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Artıq Kənan Xəlilov mübarizəyə qoşulub. “Neftçala-Zirvə” təmsilçisi 56 kq çəki dərəcəsinin A qrupunda yarışıb. O, birdən qaldırma hərəkətində 100 kq, təkanla qaldırma hərəkətində isə 115 kq-ı ram edib. Toplam 215 kq (100+115) nəticə göstərən Kənan dünya birincliyində 12-ci yeri tutub.