X Zirvə Kuboku keçiriləcək

Sentyabrın 9-11-i tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və Yaşayış Kompleksində 10-cu “Zirvə Kuboku” keçiriləcək. Ənənəvi olaraq “Zirvə” İnternational Sport Clubs-ın ölkə xaricindəki filiallarının qatıldığı yarış bu dəfə beynəlxalq səviyyədə təşkil olunacaq. Turnirdə klubumuzun Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Türkiyə və Polşadakı filiallarının nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar.

Kubok 2 yaş qrupunda keçiriləcək: qadınlar və kişilər. Atletlər arasında ən güclülər Sinkleyr cədvəlinə əsasən müəyyən ediləcək. Hər qrupda 10 nəfər atletin iştirakı gözlənilir. Yarışda yerli və beynəlxalq dərəcəli hakimlər ədaləti qoruyacaqlar.

10-cu Zirvə Kuboku həm də bir müddət əvvəl gözlənilmədən dünyasını dəyişən sabiq ağır atlet, klubumuzun sevimli üzvlərindən biri, Olimpiya Oyunlarının bürünc mükafatçısı və digər böyük beynəlxalq yarışların qalibi və medalçısı Veliçko Çolakovun xatirəsinə həsr olunacaq.

Eyni zamanda, bu turnir bu yeni inşa edilən Kompleksin açılış mərasimi ilə üst-üstə düşəcək. Bu səbəbdən yarışın sonunda musiqili-əyləncəli konsert təşkil olunacaq.

Yarış cədvəli aşağıdakı kimidir:

Saat 15:00 – Kişilər

Saat 17:00 – Qadınlar

Saat 19:00 – Açılış-qapanış mərasimi.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz