“Zirvə” İdman Klubunun 2014-cü ildə ikinci zona yarışları davam edir. Samuxdakı mərhələdən sonra idmançılar qüvvələrini Abşeronda sınayıblar. AAAF PARK Yaşayış Kompleksinin yarış zalında 120 idmançı körpücük üzərinə çıxıb. Göründüyü kimi, atletlərimizin sayı hər dəfəsində artır.
Növbəti mərhələ 28-30 may tarixlərində Lənkəranda olacaq. Neftçala, Lerik və Lənkəran atletləri medallar uğrunda mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, budəfəki zona yarışları həm də “Zirvə Beynəlxalq İdman Klubları”nın (ZİSC) 1-ci ümumdünya çempionatının 1-ci seçim mərhələsi hesab edilir.