Yarışların açılış mərasimi keçirildi

tofiq heydarov 1

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi – “Zirve İnternational Sport Clubs”-ın (ZİSC) ilk böyük yarışı başlayıb. Yarış – “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” adını daşıyır. Artıq turnirin rəsmi açılış mərasimi də baş tutub.

Tədbirdə “Zirve İSC”-nin prezidenti Tofiq Heydərov çıxış edərək qonaqları salamlayıb və nitq söyləyib: “Əzid idmançılar və hörmətli qonaqlar. Sizləri respublikamızda ürəkdən salamlayır, xoş gəlmisiniz deyirəm. “Zirvə” klubları arasında yarışlarımız 8-ci ildir ki, müntəzəm olaraq keçirilir. Sevindirici haldır ki, bu ildən yarışlarımız artıq beynəlxalq səviyyədə, 10 ölkədən 19 klubumuz arasında maraqlı mübarizə şəraitində keçirilir. Hazırda olduğumuz məkan – AAAF PARK Yaşayış Kompleksi – ağır atletikanın inkişaf etdirilməsi məqsədilə təsis edilən bir layihədir. Bu layihə “Zirvə” klubları rəhbərliyi tərəfindən artıq dünyanın bir sıra şəhərlərində həyata keçirilməyə başlamışdır. Biz inanırıq ki, gördüyümüz bu işlər ağır atletikanın dünyada inkişaf etməsinə təkan verəcəkdir. Azərbaycanın ümümilli lideri Heydər Əliyev biz idmançılarla hər görüşündə idmana qayğını öz üzərinə götürdüyünü xüsusi qeyd edirdi. Bu gün bu sıyasi kursu layiqincə davam etdirən Milli Olimpiya Komitəsinin Prezidenti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qayğını bizlərə daima hiss etdirir.
Bu qayğıdan artıq respublikamızın ıdmançıları ilə yanaşı dünya idmanı da faydalanaraq inkişaf etməyə başlayıb. 2015-ci ildə ilk dəfə Bakıda keçirililəcək 1-ci Avropa Oyunları bu inkişaf proqramının kiçik bir hissəsidir. Mən inanıram ki, respublikamızın bütün bölgələrində inşa edılən gözəl idman komplekslərindən ehtiyacı olan respublikalarda da tezliklə inşa ediləcəkdir. Fürsətdən istifadə edib dövlət rəhbərimizə və bu xeyirxah işlərdə bizlərə yardım edən insanlara minnətdarlığımı bildirirəm. İdmançılarımıza isə bu yarışda uğurlar arzulayıram. Çox sağ olun. 8-ci Zirvə Kuboku və Zirve İnternational Sport Clubs-ın dünya çempionatını açıq elan edirəm”.
Klubumuzun prezidentinin çıxışından sonra Azərbaycan Respublikasının himni çalındı.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz