Dəyərli klub üzvləri, dostlar, bütün Azərbaycan xalqı. Sizi, bu gün başlayan 2017-ci il münasibətilə təbrik edirik. Arzu edirik ki, bu Xoruz ili hamımız üçün düşərli, xoş xəbərlərlə dolu il olsun. Ailənizə sağlamlıq və xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, hər yeni günün gözəl anlarla gəlməsini diləyirik. Qoy, Xoruz öz səsi ilə xoş xəbərlərin carçısı olsun!
Bayramınız mübarək!