Yeniyetmə güləşçimiz Azərbaycan birinciliyinin qalibi oldu!

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Yeniyetmələrin yarışında klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər.

İlk yarış günündə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 182 pəhləvan mübarizə aparıb.

60 kq çəki dəcəsində “Zirvə” güləşçisi Xanəhməd Zeynalov da döşək üzərinə çıxıb. O, bütün rəqiblərini üstələyərək çempion adını qazana bilib.

60 kq

  1. Xanəhməd Zeynalov – Şirvan, Zirvə İK
  2. Tağı Hacıyev – Təhsil İC
  3. Rəvan Fərhadov – Gənclik İK
  4. Murad Əhmədiyev – Balakən

 

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı təltif olunur və yığma komandanın heyətinə cəlb olunur. Qeyd etmək lazımdır ki, Xanəhmədin bu il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak etmək şansı var.

Həm Xanəhməd, həm də onun məşqçisi, təcrübəli mütəxəssis Valeh Zeynalovu tbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

SHARE
Şərh yaz