21-22 sentyabr 2019-cu il tarixlərində Şağan Olimpiya-İdman Kompleksində Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş açıq taekvondo birinciliyi keçirilib. Yarış beynəlxalq xarakter daşıyıb, yerli idmançılarla yanaşı, İran və Gürcüstan təmsilçiləri də mübarizəyə qoşulublar.
Tatami üzərinə çıxanlar arasında “Ağsu-Zirvə” nümayəndələri də olub. İdmançılarımız baş məşqçi Cavanşir Mirzəyevin rəhbərliyi altında 5 medal – 2 qızıl, bir gümüş və 2 bürünc qazanmağı bacarıblar. 33 kq çəki dərəcəsində Fatimə İsmayilzadə və 44 kq çəki dərcəsində Xədicə İsmayilova 1-ci, +65 kq çəki dərəcəsində Xəlil Nəbizadə 2-ci, 51 kq-da Mehriban Gūlməmmədova və 30 kq-da Əmrah Hüseynli 3 cū yeri tutublar.
Təbrik edirik!