Yeniyetmə və gənc cüdoçularımızdan növbəti uğur!

14-16 fevral tarixlərində Bakı İdman Sarayında kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Üç gün davam edən yarışda ümumilikdə 72 klubdan 530 yeniyetmə cüdoçu (464 oğlan, 66 qız) medallar uğrunda mübarizə aparıb. Onların içərisində həmişə olduğu kimi “Zirvə” İdman Klubunun nümayəndələri də olub.
Çəkisi 34 kq-a qədər olan cüdoçuların yarışında iştirak edən hər üç üzvümüz fəxri kürsüyə qalxmağı bacarıb. “Bakı-Zirvə” nümayəndəsi Həsənli İlkin gümüş, “Abşeron-Zirvə” nümayəndələri Əliyev MUrad və Hacıyev Oruc isə bürünc medal əldə ediblər.
Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyində isə bir idmançımız medala sahib çıxıb. Çəkisi 52 kq-a qədər olan qızların mübarizəsində Mehdiyeva Zəhra fərqlənib. “İsmayıllı-Zirvə” cüdoçusu bürünc medal qazanıb.
Klubumuzun şərəfini layiqincə qoruyan cüdoçularımızı təbrik edir, onlara, məşqçilərinə, bu uğurun əldə olunmasında əməyi keçən hər kəsə təşəkkür edirik. İnanırıq ki, qarşıdakı yarışlarda da idmançılarımızın səsi zirvədən gələcək.

SHARE
Şərh yaz