Sentyabrın 16-dan 23-dək Slovakiyanın Koşitse şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Dünya birinciliyi keçiriləcək. Avropa birinciliyində uğurlu nəticələr əldə edən ölkəmizin yeniyetmələrdən ibarət yığması, bu yarışda da iştirak edəcək. Bunlar Valeh Baxşalızadə (50 kq), Həsən Həsənov və Kənan Əliquliyev (hər ikisi – 62 kq), Elxan Əliqulizadə və Ceyhun Tağızadə (hər ikisi – 69 kq), Dadaş Dadaşbəyli (85 kq), Azər Məmmədli (+ 94 kq) və ehtiyat idmançı Rüstəm İmanzadədir (56 kq).
Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Asif Məmmədovdur.
Çempionatda ölkəmizi hakim qismində Vahid Nəzərov təmsil edəcək.