Milli komandanın məşqçiləri məsuliyyətsik etdilər, Valeh yarışa çıxa bilmədi!

Slovakiyanın Koşitse şəhərində yeniyetmələr arasında dünya çempionatına start verilib. Bu gün milli komandamızın, eyni zamanda “Zirvə” İdman Klubunun iki üzvü bu turnirdə mübarizəyə qoşulacaqdı.

Ancaq Valeh Baxşəlizadənin son anda yarışda iştirak etməyəcəyi məlum olub. Belə ki, gənc atletimizin 800 qram artıq çəkisi çıxıb və o, 50 kq-da mübarizə apara bilməyib. Təbii ki, bunun günahı milli komandanın məşqçilərindədir. İdmançının çəki salmasına, onun məşqlərinə, hazırlıq səviyyəsinə nəzarət etməli olan məşqçilər işlərinə məsuliyyətsiz yanaşıblar. Bu isə, dünya çempionatında medal qazana biləcək bir idmançımızın bu şansdan məhrum olmasıyla nəticələnib. İdmançıya lazımi diqqət yetirilməyəcəkdisə, onu bu qədər məsafəyə niyə aparırdınız? Maraqlıdır, məşqçilərin başı nəyə qarışmışdı ki, Valehin çəkisi bu qədər artıq gəlib?

Rüstəm İmanzadə isə 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Rüstəm birdən qaldırmada ilk cəhdində 78 kq, daha sonra isə 83 kq-ı uğurla başı üzərinə qaldıra bilib. Ancaq təəssüf ki, 88 kq-ı ram edə bilməyən gənc idmançımız, bu hərəkətdə 5-ci yeri tutdu.

Bununla yanaşı, o, 88 kq-ı qaldırarkən biləyindən zədələndi və təkanla qaldırma hərəkətinə gələ bilməyərək yarışı yarımçıq bitirməli oldu.

SHARE
Şərh yaz