Yeniyetmələrdən ibarət yığma komandamızın təlm-məşq toplanışı keçirilib

Ağır atletika üzrə Azərbaycanın yeniyetmə oğlanlardan ibarət yığması “Zirvə” Beynəlxalq İdman Klublarının dəstəyi ilə AAAF Park Yaşayış Kompleksində təlim-məşq toplanışı keçirib. Toplanış zamanı komanda qarşıdakı yarışlarda uğurlu çıxış etmək üçün intensiv çalışmalarla yadda qalıb. Qalma, qidalanma, məşq, bərpa və istirahət üçün yüksək şəraitlə təmin olunan yığmamızın üzvlərinin hazırlığı məşqçiləri razı salıb. Azərbaycan yığma komandalarının rəisi, bu toplanışa məsul şəxs Oktay Muxtarov AAAF TV-yə müsahibə verərək, şərait, hazırlıq və gələcək planlar barədə danışıb.
Bildirək ki, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komanda il ərzində daha bir neçə təlim-məşq toplanışları reallaşdıracaq.

SHARE
Şərh yaz