Yeniyetmələrin 3-cü Olimpiya Oyunları 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək. Bu haqda bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe, BOK-un İsveçrənin Lozanna şəhərində keçirilən növbədənkənar iclasında məlumat verib.
Bildiyiniz kimi, 2-ci Olimpiya Oyunları gələn ilin 16-28 avqust tarixləri arasında, Çinin Nankin şəhərində keçiriləcək.
3-cü Olimpiadanı qəbul etmək üçün 3 əsas şəhər namizəd idi. Bunlar Qlazqo (Şotlandiya), Medelyin (Kolumbiya) və Bunoes-Ayres (Argentina) idi. Səsvermədə ən çox xal toplaya Buenos-Ayres qalib adını qazanıb və yarışları keçirmək hüququ qazanıb.