Yeniyetmələrin dünya birinciliyində “Zirvə”nin atletləri də yarışacaq

2015Lima_logo-637x273

Aprelin 7-12-si arasında Perunun paytaxtı Lima şəhərində yeniyetmələr arasında Dünya birinciliyi keçiriləcək. Turnirdə 36 ölkədən 193 ağır atlet – 100 qadın və 93 kişi atlet iştirak edəcək.

Bu vacib çempionatda “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də körpücük üzərinə çıxacaqlar. Maraqlıdır ki, oğlanların hər ikisi “Terespol-Zirvə” İK-dan Mateuş Skulimovski“Jidaçiv-Zirvə”dən İqor Obuxov 85 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Qadınlardan isə hər iki idmançımız eyni klubu təmsil edirlər. “Ankara Tuzgölü-Zirvə” İK-dan Gamze Yayla 53 kq, Zeynep Atakan isə 69 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Bütün atletlərimizə uğurlar arzulayırıq!

SHARE
Şərh yaz