Yığma komandamızın üzvlərindən əla nəticə: daha 1 qızıl və gümüş!

14222270_1760355490907716_7747718040171852268_nİordaniyanın paytaxtı Amman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı davam edir. 2-8 sentyabr 2016-cı il tarixlərində keçiriləcək yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. Bu gün daha iki atletimiz – Rövşən Fətullayev və Nailxan Nəbiyev mübarizəyə qoşulublar. Onlar 94 kq çəki dərəcəsində yarışıblar və uğurlu nəticə əldə ediblər. Sevindiricidir ki, qızıl medal uğrunda mübarizə iki Azərbaycan atleti arasında gedib.
Nailxan Nəbiyev birdən qaldırma hərəkətində 147 kq, təkanla qaldırma hərəkətində isə 191 kq-ı ram edib. O, toplam 338 kq (147+191) nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Rövşən Fətullayev isə birdən qaldırma hərəkətində 155 kq-ı başı üzərinə qaldırıb. Altetimizi təkanla qaldırmada 200 kq-a güc gəlib. Toplam 355 kq (155+200) nəticə göstərən Fətullayev bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
Hər iki atletimizi, onların məşqçilərini, həmçinin qələbədə əməyi keçən hər kəsi təbrik edir, gələcək yarışlarda da səslərinin zirvələrdən gəlməsini arzulayırıq!
Əhsən, uşaqlar!

14193766_951163991660245_1224961694_n14218006_951163684993609_1090276519_n14218406_951162034993774_665814438_n14256567_951159268327384_487563854_n14269311_951159258327385_339399354_n14269470_951161131660531_1552120726_n14269722_951159288327382_1466181182_n14281305_951163988326912_859515846_n14281445_951159278327383_592035197_n14287578_951164001660244_1991157407_n14142045_1760355094241089_7551723726832583637_n14183793_1760355440907721_2976232284252074680_n14212220_1760355500907715_4292194589865965886_n

SHARE
Şərh yaz