Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının başlanmasına artıq 20 gündən az bir vaxt qalıb. Bu oyunlarda iştirak edəcək Azərbaycanın ağır atletika üzrə yığma komandası hazırlıqlarını ciddi şəkildə davam etdirir. Məşqçilərin tərtib etdiyi günlük və həftəlik plana uyğun çalışan ağır atletlərin əsas istəyi yarışda uğurlu çıxış edərək medal qazanmaqdır.
İstər yığma komandanın üzvləri, istərsə də məşqçiləri hazırlıqların yüksək səviyyədə getdiyini və onlara federasiya tərəfindən hər bir şəraitin yaradıldığını qeyd edirlər.
IV İslam Həmrəylik Oyunları 12-22 may tarixlərində keçiriləcək. Ağır atletlərimiz isə 13-17 mayda körpücük üzərinə çıxacaqlar. Bu mötəbər yarışda ağır atletlərimizə uğurlar arzu edir və bizləri medallarla sevindirəcəklərinə inanırıq.